Moldova çempionatı müvəqqəti olaraq dayandırılıb.

Open.az xəbər verir ki, bu barədə yerli federasiyanın rəsmi saytı məlumat yayıb.

Koronavirus pandemiyası səbəbindən milli divizionda sentyabrın 11-dək fasilə elan olunub. Klubların müraciətindən sonra federasiyanın Fövqəladə Komitəsi çempionatın 9 və 10-cu turlarını təxirə salıb.

Moldovanın avrokubok təmsilçiləri "Şerif", "Sfintul George", "Petrokub" və "Dinamo-Avto" komandaları beynəlxalq oyunlaradək karantin rejimində hazırlaşa biləcəklər.

Xatırladaq ki, "Şerif" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ"ın potensial rəqibidir. Ağdam klubu ilk mərhələdə Makedoniya "Sileks"ini keçəcəyi halda növbəti raundda "Şerif" - "Fola Eş" (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq.