Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Yaponiyada voleybol üzrə dünya çempionatının ikinci mərhələsində son oyununa çıxıb.

Open.az xəbər verir ki, millimiz Bolqarıstan yığması ilə qarşılaşıb və 0:3 hesabı ilə məğlub olub. (19:25, 20:25, 20:25).

Beləliklə də Azərbaycan millisi dünya çempionatından ayrılıb.

Qeyd edək ki, millimiz cəmi iki qələbə qazanıb və digər yeddi oyunda uduzub.

Gülnar Qafarlı