UEFA Millətlər Liqasının pley-off oyunlarının yeni təqvimi müəyyənləşib.

Open.az xəbər verir ki, bu barədə pley-off iştirakçısı olan ölkələrin futbol federasiyaları məlumat yayıb.

Bildirilib ki, yarımfinallar martın 26-dan iyunun 4-nə, finallar isə martın 31-dən iyunun 9-na keçirilib.


A Liqası

İslandiya - Rumıniya

Bolqarıstan - Macarıstan


B Liqası

Bosniya və Herseqovina - Şimali İrlandiya

Slovakiya - İrlandiya


C Liqası

Şotlandiya - İsrail

Norveç - Serbiya


D Liqası

Gürcüstan - Belarus

Şimali Makedoniya - Kosovo

Qeyd edək ki, bu oyunlardan sonra AVRO-2020-yə vəsiqə qazanacaq son 4 komanda bəlli olacaq. Daha öncə Avropa çempionatının 2021-ci ildə keçiriləcəyi ilə bağlı qərar verilib.