UEFA Millətlər Liqasında ilk dəfə Video Köməkçi Hakim (VAR) texnologiyasından istifadə ediləcək.

Open.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iyunun 5-də start götürəcək Millətlər Liqasının final mərhələsində VAR texnologiyası istifadə olunacaq.

UEFA Aprel ayında Millətlər Liqasında finala yüksələn milli komandaların baş məşqçiləri ilə birifinq keçirib və Roberto Rosetti sistemin necə işlədiyi barədə ətraflı məlumat verib.

Qeyd edək ki, final mərhələsində Portuqaliya, İsveçrə, Hollandiya və İngiltərə milli komandaları iştirak edəcək.

Manaf Qasımbəyli