İngiltərə Premier Liqa komandalarından "Arsenal"da forma geyən Mesut Özil ilə komanda yoldaşı Sead Kolasinak Londonda bıçaqlı soyğunçuların hücumuna məruz qalıb.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, hücum zamanı Özilin avtomobilindən enən Kolasinak bıçaqlı təcavüzkara qarşılıq verib və onu yayındırmağa çalışıb. Özilin xanımı Amine Gülşe də maşında olub və çox böyük həyəcan yaşayıb.

Təcavüzkarlar avtomobili 1,6 km boyunca təqib edib. Daha sonra daşlarla maşına hücum edib. Futbolçuların köməyinə yaxınlıqdakı türk restoranın işçiləri yetişib.

Onlar hadisə yerindən qaçıblar.

Hadisənin şahidlərindən biri Özilin restorana doğru qaçdığı anlar haqda danışıb: "Avtomobilin qapıları açıq və boş şəkildə yolun ortasında dayanmışdı. Özil bıçaqlı şəxslər tərəfindən qovulurdu. Çox qorxmuşdu və canını qurtarmaq istəyirdi. Həqiqətən də canını xilas etməsi lazım idi. Tutsalar nə olardı Allah bilir. Məncə onu doğrayırdılar".

Gülnar Qafarlı


Mesut Özilə hücum etdilər - Doğrayacaqdılar