İspaniya "Barselona"sının futbolçusu Lionel Messi qışda İngiltərənin "Mançester Siti" klubuna keçə bilər.

Open.az-ın "Daily Star"a istinadən məlumatına görə, Kataloniya təmsilçisi 33 yaşlı hücumçunun transferindən 15 milyon funt kompensasiya əldə edəcəklər. Argentinalı forvardın hazırkı müqaviləsi gələn yay başa çatacaq.

Qeyd edək ki, bu mövsüm Lionel Messi 4 oyuna 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.