"Barselona"nın futbolçusu Lionel Messi ən azı daha bir il Kataloniya klubunda qalacaq.

Open.az İspaniya mətbuatına istinadən xəbər verir ki, argentinalı hücumçu bu yay klubunu azad agent kimi tərk etmək hüququ ilə bağlı müqaviləsindəki bəndi aktivləşdirməyib.

32 yaşlı oyunçu bu il mayın 30-na kimi bu hüquqdan istifadə edə bilərdi.

Qeyd edək ki, Messinin "Barselona" ilə hazırkı müqaviləsi 2021-ci ilin yayında başa çatır.