"Barselona" klubunun agentinalı ulduz Lionel Messi ötən il 127 milyon dollarla ən çox qazanan idmançı olub.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın biznes jurnalı "Forbes" dünyanın ən çox gəlir əldə edən idmançılarının siyahısını açıqlayıb.

Messi 127 milyon dollarla siyahının birinci pilləsində qərarlaşıb. "Yuventus"un portuqaliyalı ulduzu Kristian Ronaldo 109 milyon dollarla ikinci, braziliyalı futbolçu Neymar 105 milyon dollar ilə üçüncü sırada yer alıb.

Meksikalı boksçu Canelo Alvarez və isveçrəli tenisçi Roger Federer beşliyi tamamlayıb.

ABŞ tennisçisi Serena Uilliams 100 nəfərlik siyahıda 29,2 milyon dollar gəlir əldə edən yeganə qadın atlet olub.

Qeyd edək ki, siyahı 2018-2019-cu illəri arasında əmək haqqı, turnir, sponsor gəlirləri və bonuslardan əldə etdiyi gəlirlər əsasında hazırlanır.

İlk 10 idmançının siyahısını təqdim edirik:

1. Lionel Messi - 127 milyon dollar

2. Kristian Ronaldo - 109 milyon dollar

3. Neymar - 105 milyon dollar

4. Canelo Alvarez - 94 milyon dollar

5. Roger Federer - 93.4 milyon dollar

6. Russell Uilson - 89.5 milyon dollar

7. Aaron Rodgers - 89,3 milyon dollar

8. LeBron James - 89 milyon dollar

9. Stefen Curry - 79,8 milyon dollar

10. Kevin Durant - 65.4 milyon dolları

Gülnar Qafarlı