Portuqaliyanın "Portu" klubunun futbolçusu İker Kasilyas İspaniya Futbol Federasiyasının (RFEF) prezidenti vəzifəsinə namizədləyini açıqlayıb.

Open.az xəbər verir ki, ispaniyalı qapıçı özünün "Twitter" hesabından namizədliyini rəsmən elan edib.

38 yaşlı qolkiper ona dəstək olan insanlara təşəkkürünü bildirib. "Sevginizə və dəstəyinizə görə çox sağ olun. Namizədliyimiz üzərində maksimum hörmət və qətiyyətlə çalışırıq. 23 min nəfərdən çox seçici bizi ədalətli seçkilərdə gözləyir", - Kasilyas sosial şəbəkədə yazıb.

Federasiya prezidentliyinə seçkilər cari ilin payızında keçiriləcək.

Qeyd edək ki, 2019-cu ildə məşqdə infarkt keçirən Kasilyasın futbolçu karyerasını başa vuracağı gözlənilir.