İtaliya Futbol Federasiyası "Roma"nı cəzalandırıb.

Open.az A Seriyasının rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisinə texniki məğlubiyyət verilib.

Buna I turun "Verona" ilə oyununun (0:0) iştirak ərizəsinə yarımmüdafiəçi Amadu Diavaranın yanlış daxil edilməsidir. "Canavarlar" iyulun 17-də 23 yaşı tamamlanmış Diavaranı yaşı 22-dək olan oyunçu kimi sifariş edib.

Qeyd edək ki, "Roma" növbəti turda "Yuventus"la, "Verona" isə "Udineze" ilə qarşılaşacaq. Hər iki görüş sentyabrın 27-də keçiriləcək.