"Arsenal" futbol klubunun formasını geyinən türkiyəli futbolçu Mesut Özil üzv olduğu fond vasitəsilə Tanzaniyadakı uşaqların əməliyyat xərclərini ödəyib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, futbolçu təqdirəlayiq hərəkəti ilə bir daha könülləri fəth edib.

Qeyd edək ki, bu yaxınlarda model və aktrisa Amine Gülşe ilə evlənən Mesut Özil toyunda 16 min adama pulsuz yemək vermişdi.

Ulduz futbolçu üzvü olduğu fond vasitəsilə 5 il əvvəl Braziliyadakı uşaqların da əməliyyat xərclərini üzərinə götürmüşdü.

Gülnar Qafarlı

Məşhur futbolçu Tanzaniyadakı uşaqların əməliyyat xərclərini ödədi

Məşhur futbolçu Tanzaniyadakı uşaqların əməliyyat xərclərini ödədi