İspaniyanın "Atletik" (Bilbao) klubunun futbolçusu Arits Aduris peşəkar karyerasını başa vurub.

Open.az xəbər verir ki, ispan hücumçu qərarını sosial şəbəkə hesabı vasitəsilə açıqlayıb.

39 yaşlı forvard bildirib ki, futbolla vidalaşmağın vaxtı çatıb: "Əvvəldən sonadək unudulmaz və gözəl olan səyahətim başa çatır. Çox sağ olun", - təcrübəli oyunçu yazıb.

Qeyd edək ki, Aris Adurits XXI əsrdə "Atletik"in ən yaxşı bombardiridir. O, bu komandanın heyətində 172 qol vurub. İspaniya millisinin də formasını geyinmiş futbolçu 2015-ci ildə Bilbao təmsilçisi ilə ölkə Superkubokunun qalibi, 2014/2015 mövsümündə isə kubokun finalçısı olub. Adurits müxtəlif vaxtlarda "Real Valyadolid", "Malyorka" və "Valensiya" klublarında da çıxış edib.