Türkiyənin "Akhisarspor" klubunun baş məşqçisi Yılmaz Vural yenidən koronavirusa yoluxub.

Open.az xəbər verir ki, 67 yaşlı baş məşqçi hazırda xəstəxanada reanimasiya şöbəsində süni nəfəs aparatına qoşulub. Ailəsinin mətbuata açıqlamasında bildirilib ki, Yılmaz Vuralın vəziyyəti ağırdır.

Qeyd edək ki, Yılmaz Vural iyun ayında Covid-19-a yoluxmuşdu və xəstəxanada müalicə alaraq, evə qayıtmışdı. Amma baş məşqçinin həyat yoldaşı Seda Vural mətbuata açıqlamasında həyat yoldaşının ilk dəfədir virusa yoluxduğunu söyləyib. Onun sözlərinə görə, bundan əvvəl mətbuatda yayılan xəbərlər yalan olub.

Vural ailəsi sosial mediada bu açıqlamanı yayıb: "Atamız ilk dəfə Covid-19 səbəbindən müalicə alır və ikinci dəfə virusa yoluxduğu ilə bağlı çıxan xəbərlər doğru deyil. İlk dəfə testləri əvvəlcə pozitiv çıxsa da, sonradan neqativ çıxmışdı. Amma hazırda testləri pozitivdir və vəziyyəti yaxşı deyil".

Ülviyyə Həsənqızı

Məşhur baş məşqçi yenidən koronavirusa yoluxdu-Bu dəfə vəziyyəti ağırdır