"Liverpul" klubunun və Misir milli komandasının futbolçusu Məhəmməd Salah yığması ilə bu il Yaponiyada keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak edəcək.

Open.az xəbər verir ki, bu barədə Misirin gənclərdən ibarət yığmasının baş məşqçisi Şavki Qarib məlumat verib.

60 yaşlı mütəxəssis Salahı Tokioda təşkil olunacaq yarışa aparmaq istədiklərini bildirib: "Əsas yığmadan yalnız 3 futbolçuya dəvət göndərəcəyik. Hazırda isə yalnız Salahın namizədliyini təsdiqləyirik. Çünki o, hazırda dünyanın ən yaxşı futbolçularından biridir. Bu barədə Salahla şəxsən danışığımız olmayıb. Ancaq ümid edirəm ki, o da yığmaya kömək etməyə hazır olacaq".

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 22 iyul - 8 avqust tarixlərində keçiriləcək.