İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salah yayda "Yuventus"a transfer oluna bilər.

Open.az xəbər verir ki, Turin klubu yayda komandadan ayrılacağı gözlənilən argentinalı yarımmüdafiəçi Paulo Dibalanın yerini misirli hücumçu ilə doldurmağı planlaşdırır.

"Yuventus"un oyunçusu Kristian Ronaldonun da bu ideyanı bəyəndiyi vurğulanıb. Misirli futbolçunun transfer qiymətinin 200 milyon avro olduğu iddia olunur.

Qeyd edək ki, Məhəmməd Salah cari mövsümdə Premyer Liqadakı 26 qarşılaşmada 17 qol və 7 məhsuldar ötürmə edib.

Manaf Qasımbəyli