Fransa milli komandasının futbolçusu Killian Mbappe Türkiyə ilə oyundan əvvəl zədələnib.

Open.az xəbər verir ki, 20 yaşlı forvard Fransa yığmasının Boliviya ilə keçirdiyi yoldaşlıq görüşündə xəsarət alıb.

PSJnin futbolçusu ilk hissənin sonlarında zədələnib və ikinci hissədə onun əvəzinə meydana Vissam Ben-Yedder daxil olub.

Oyundan sonra Fransa milli komandasının baş məşqçisi Didye Deşam gənc futbolçunun zədəsinin ciddi olmadığını bildirib:"Düşünürəm ki, Mbappenin zədəsi ciddi deyil. Onun Türkiyəyə qarşı matçda iştirak edəcəyini ümid edirəm".

Qeyd edək ki, Fransa yığması Avropa Çempionatının təsnifat mərhələsi çərçivəsində iyunun 8-də Türkiyə ilə qarşılaşacaq.

Manaf Qasımbəyli