İtaliyanın “İnter” komandasının hücumçusu Mauro İkardi klubla müqaviləsinin müddətini uzatmaqdan imtina edib.

Open.az “footballhd.ru”ya istinadən xəbər verir ki, buna səbəb “Real Madrid” və “Mançester Yunayted” klublarının 25 yaşlı argentinalı futbolçu ilə maraqlanmasıdır.

M.İkardinin “İnter” ilə hazırkı müqaviləsinin müddəti 2021-ci ildə başa çatacaq. Müqavilənin qiyməti 96 milyon avro təşkil edir.

Futbolçu cari mövsümdə “İnter”in heyətində 8 oyunda 5 qol vurub və 2 məhsuldar ötürmə verib.