"Mançester Yunayted"in futbolçuları Lyuk Şou, Aleks Tuanzebe, Nemanya Matiç zədələrini sağaldıb.

Open.az klubun saytına istinadən xəbər verir ki, sözügedən oyunçular komanda ilə ümumi məşqlərə başlayıb. Onlar İngiltərə Premyer Liqasının 13-cü turunda noyabrın 24-ü "Şeffild Yunayted"ə qarşı keçiriləcək matçda baş məşqçi Ole-Qunnar Sulşer şans verəcəyi təqdirdə, oynayacaq.

Qeyd edək ki, L.Şou avqust ayından məşqlərdə iştirak etmirdi.