UEFA İngiltərənin "Mançester Siti" futbol klubuna ağır cəza kəsib.

Open.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi 2 illiyinə avrokuboklardan kənarlaşdırılıb.

Buna klubun maliyyə "fair-play" qaydalarını pozması səbəb olub. Cəzanın 2020/2021 və 2021/20222 mövsümlərini əhatə etdiyi bildirilib.

Bu isə o deməkdir ki, "Mançester Siti" klubu həmin mövsümlərində Çempionlar Liqası və ya Avropa Liqasında iştirak etməyəcək.

Premyer Liqa təmsilçisinin cəzası bununla da bitməyib. Pep Qvardiolanın rəhbərlik etdiyi komanda 30 milyon avro məbləğində cərimələnib.

Qeyd edək ki, "Mançester Siti"nin İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edə biləcəyi vurğulanıb.