“Mançester Siti” İngiltərə Liqa Kuboku çərçivəsində “Etihad” stadionunda “Berton” komandasını qəbul edib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, ““Mançester Siti” klubu 9:0 hesabı ilə rəqibini məğlub edərək, tarixi qələbəyə imza atıb.

Qolları oyunun 5-ci dəqiqədə Kevin De Bruyne, 30-cu, 34-cü, 57-ci və 65-ci dəqiqələrdə Qabriel Jesus, 37-ci dəqiqədə Oleksandr Zinchenko, 62-ci dəqiqədə Filip Foden, 70-ci dəqiqədə Kyle Uolker və 83-cü dəqiqədə Riyad Mahrez vurub.

İki komanda arasında oynanılacaq revanş qarşılaşması yanvarın 23-də baş tutacaq.

Gülnar Qafarlı