"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının (APL) "Çelsi"yə qarşı matçından əvvəl itkilərdən şikayət edib.

Open.az xəbər verir ki, bu barədə “Sky Sports” bildirib.

Baş məşqçinin sözlərinə görə, "şəhərlilər"in beş oyunçusunda koronavirus aşkarlanıb. Xüsusi halda, hücumçu Qabriel Jezus və müdafiəçi Kayl Uoker “aristokratlar”la oyunu buraxmağa məcbur olacaqlar. Futbolçular on günlük karantinə yerləşdirilib.

"Mançester Siti” və "Çelsi" arasında görüş Lononda bazar günü, yanvarın 3-də keçiriləcək. Hər iki komandanın 26 xalı var.