İtaliya "Milan"ının sabiq futbolçusu Paulo Maldini yenidən kluba qayıdır.

Open.az İtaliya mətbuatına istinadən xəbər verir ki, veteran müdafiəçiyə klubda strateji inkişaf direktoru vəzifəsi həvalə olunacaq.

"Milan"ın idman direktoru İvan Qazidis Maldinini yenidən klubda görmək istəyir.

Qeyd edək ki, italiyalı futbolçu 1984-2009-cu illər ərzində bütün karyerasını "Milan"da keçirib. Maldini 7 dəfə İtaliya çempionatının, 5 dəfə İtaliya Kubokunun, Çempionlar Liqasının, və İtaliya Super Kubokunun qalibi olub.

Manaf Qasımbəyli