"Qarabağ" çox ciddi komandadır. Yaxşı təcrübəyə sahibdirlər. Dəfələrlə Avropa Liqasında və Çempionlar Liqasında oynayıblar".

Open.az-ın məlumatına görə, bu fikirləri İsrailin "Makkabi" komandasının baş məşqçisi Yorqos Donis Avropa Liqasının qrup mərhələsinin birinci turunda Təl-Əvivdə "Qarabağ"a qarşı keçirəcəkləri matçdan əvvəl mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis Ağdam təmsilçisini təhlik etdiklərini bildirib: "Qarabağ" müdafiədə, hücumda balanslı və güclü komandadır. Bizi çox çətin oyun gözləyir. Hədəfimiz avrokuboklarda qrup mərhələsinə qatılmaq idi. İlk hədəfimizə çatdıq. Hər oyunda xal qazanmaq üçün mübarizə aparacağıq. İnanıram ki, yaxşı oynasaq, qrupdan çıxa bilərik. Amma addım-addım getməliyik. Hələkik yalnız sabahkı oyunu düşünürük. Özümüzə inanırıq və bir neçə hədəfimiz var. Avropa Liqasına yaxşı başlamalı və evdəki ilk oyunda qələbə qazanmalıyıq".

Yunanıstanlı baş məşqçi həftə ərzində koronavirus səbəbindən 5 oyunçu olmadan məşq etdiklərini sözlərinə əlavə edib: "Düşünürəm ki, son iki həftə bizim üçün yaxşı oldu. Çünki bəzi oyunçular koronavirusdan sağaldı və məşqlərə qoşuldu. Bu gün komanda ilə məşqə başlayanlar sabahkı oyuna hazırdır. Futbolçuların bəziləri xəstəliyi simptomsuz keçirib və məşqlərdə yaxşı çalışırdılar. Bəziləri isə özlərini yorğun hiss edir. Hər oyunçu fərqli vəziyyətdədir. Matçı qazanmaq üçün meydana hansı 11 futbolçunu buraxacağımıza qərar verməliyik".

Qeyd edək ki, oktyabrın 22-də "Blumfild" stadionunda keçiriləcək "Makkabi" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.