Azərbaycan Premyer Liqasının XVII turunun “Zirə” – “Qarabağ” oyununda 6:0 hesablı qələbə qazanan qonaqların 6 futbolçusu qol sevinci yaşayıb.

Open.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Ağdam təmsilçisinin ölkə çempionatlarındakı çıxışları tarixində ikinci belə hadisədir.

İndiyədək yalnız bir dəfə “Qarabağ”ın 6 üzvü eyni matçda qol vurub. 2012-ci il avqustun 19-da “Sumqayıt”la səfər oyununda 6:1 hesabı ilə qalib gələn ağdamlıların qollarına fərqli futbolçular imza atıb.

Həmin vaxt Riçard Almeyda, Rəşad Sadiqov birinci, Vüqar Nadirov, Muarem Muarem, İlqar Qurbanov və Namiq Yusifov ikinci hissədə fərqlənib.

Komandanın futbolçusu Mahir Emreli isə "Zirə" ilə görüşdə Premyer Liqada 40-cı qoluna imza atıb. Ölkə çempionatlarında 117-ci oyununa çıxan hücumçu yubiley qoluna sevinib. O, Premyer Liqada keçirdiyi yalnız ilk mövsümdə qol vura bilməyib. Forvard Azərbaycan çempionatları tarixində 40 və daha çox qol vuran 57-ci futbolçudur. Emreli eyni sayda fərqlənən Mehman Allahverdiyev, Samir. A. Məmmədov, Junivan Suares və Fernando Pereslə birlikdə bombardirlər siyahısında 53-57-ci yerləri tutur.

Debüt etdiyi “Bakı”da qol hesabını açmayan Emreli “Qarabağ”ın heyətində Premyer Liqada 40-cı dəfə fərqlənib. O, Ağdam klubunun ölkə çempionatları tarixindəki 5-ci bombardiridir. Yalnız 4 futbolçu Mahirə qədər 40 top səddini adlayıb.

Qeyd edək ki, Mahir ötən turda “Qarabağ”da 100-cü çempionat oyununu keçirib.

Mövsümkluboyunqol
2014/15Bakı160
2015/16Qarabağ167
2016/17Qarabağ213
2017/18Qarabağ248
2018/19Qarabağ2616
2019/20Qarabağ146
Cəmi11740