Türkiyənin Londondakı səfiri Ümit Yalçın Sead Kolasinak ilə birlikdə bıçaqlı hücuma məruz qalan Mesut Özilin menecerinə zəng edərək, hadisə ilə bağlı məlumat alıb.

Open.az "Haber7"yə istinadən xəbər verir ki, səfir "Arsenal" klubunun türk əsilli alman futbolçusu Mesut Özilə keçmiş olsun diləklərini çatdırıb.

O, hadisənin qarət cəhdi olduğunun təxmin edildiyini bildirib. Özilin komanda yoldaşı Kolasinakın yeni bir saat aldığı və təcavüzkarların da saatı oğurlamağa çalışdıqlarını qeyd edib.

Gülnar Qafarlı