"Mən bəlkə də "playstation" oynamağı bacarmayan yeganə peşəkar futbolçuyam".

Open.az "France Football" nəşrinə istinadən xəbər verir ki, bunu "Liverpul"un seneqallı futbolçusu Sadio Mane bildirib.

26 yaşlı yarımmüdafiəçi indiyə qədər "playstation" oynamağa cəhd etmədiyini qeyd edib: "Ətrafımda olan bütün dostlarım "playstation" oynayır, amma mən joystikin necə istifadə edildiyini belə bilmirəm. Bu mənim üçün maraqlı deyil. Boş vaxtlarımı əsasən ailəmlə keçirirəm və bəzən dostlarımla kart oynamağı sevirəm".

Manaf Qasımbəyli