İngiltərənin iki komandası - "Liverpul" və "Çelsi" bu gün Türkiyədə "Vodafone Park"da qarşılaşacaq.

Open.az xəbər verir ki, ötən mövsüm Çempionlar Liqası və Avropa Liqasının çempionları arasındakı qarşılaşmanı fransız qadın hakim Stefani Frappart idarə edəcək.

O, kişilər kateqoriyasında fit çalacaq ilk hakim kimi tarixə düşəcək.

Daha öncə Qadınlar Dünya Kuboku finalını və Fransa Birinci Liqasında bəzi matçları idarə edən Frappart final matçını idarə edəcəyindən çox məmnun olduğunu söyləyib.

Qarşılaşmanın dördüncü türkiyəli hakimi Cüneyt Çakır olacaq.

Xatırladaq ki, futbol üzrə UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün Madridin “Metropolitano” stadionunda oynanılan final qarşılaşmasında “Liverpul” komandası “Tottenhem”i 2:0 hesabı ilə məğlub edərək turnirin qalibi adını qazanıb. UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçirilən final matçında isə “Çelsi” klubu “Arsenal” komandasını 4:1 hesabı ilə məğlub edib.

Gülnar Qafarlı