"Hesab 2:1 olanda bir az narahat olduq, amma topu ələ keçirdikdən sonra rahatlaşdıq".

Open.az xəbər verir ki, bu sözləri "Barselona" klubunun kapitanı Lionel Messi Çempionlar Liqasında "Lion"u 5:1 hesabı ilə məğlub etdikləri matçdan sonra jurnalistlərə açıqlamasında deyib. 31 yaşlı futbolçu Kristian Ronaldonun "Atletiko Madrid"ə qarşı performansından da danışıb: "Dünən "Yuventus" və Ronaldonun etdikləri inanılmaz idi. Ronaldo 3 qol vurdu və komandasını növbəti mərhələyə daşıdı. "Atletiko"nun güclü olacağını düşünürdüm, amma Kristian möhtəşəm gecə yaşadı".

Argentinalı futbolçu 1/4 finala yüksələn komandaların heç birinin zəif olmadığını vurğulayıb: "Bu mərhələdə hansısa komandanın zəif olduğunu demək olmaz. Bütün komandalar yüksək səviyyədə oynayaraq 1/4 finala yüksəliblər. Qarşılaşacağımız istənilən rəqib bizim üçün çətin olacaq. Bundan sonra özümüzü daha yaxşı göstərməliyik, çünki çətin olan mərhələ hələ indi başlayır".

Manaf Qasımbəyli