İspaniya hökuməti La Liqanın iyunun 8-dən bərpasına icazə verib.

Open.az "Marca"ya istinadən xəbər verir ki, bu barədə İspaniyanın baş naziri Pedro Sançes məlumat verib:

"Qarşımızda yeni üfüqlər açılır. Gündəlik bir çox fəaliyyətə qayıtmağın vaxtı gəldi. Bunların arasında 8 iyun tarixində geri qaytarılacaq milli futbol çempionatı da var " deyə o bildirib.

Qeyd edək ki, La Liqa koronavirus səbəbindən mart ayından təxirə salınmışdı.