İspaniya La Liqasının prezidenti Xavyer Tebas koronavirus pandemiyasına görə mövsümün erkən dayandırılacağı təqdirdə İspaniya klublarının maddi itkilərindən danışıb.

Open.az xəbər verir ki, çempionatın rəhbəri “goal.com”a açıqlamasında bildirib ki, mövsüm bitməsə, La Liqa təmsilçiləri həddindən çox pul itirəcəklər:

"Pandemiyanın iqtisadi zərərlərini və avrokuboklarda iştiraka görə alınan pullardan məhrum olacaqlarını nəzərə alsaq, klublarımız çox pul itirəcək. Onlar 1 milyard avro itirəcəklər. Mövsümü azarkeşsiz davam etdirsək, bu itki 300 milyon avro olacaq. Çempionat azarkeşlərlə davam etdirilsə, maliyyə itkisi 15 milyon avro olacaq".

Qeyd edək ki, koronavirus pandemiyasına görə 27-ci turda dayandırılan La Liqada mövsümün ləğv ediləcəyi haqda xəbərlər yayılmaqdadır. Xavyer Tebas da bu yaxınlarda İspaniya mətbuatına açıqlamasında böyük ehtimalla mövsümün yarımçıq dayandırılacağını demişdi.