İspaniya "Atletik"i komanda üzvləri arasında keçirilən koronavirus testlərinin nəticələrini açıqlayıb.

Open.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Bilbao təmsilçisinin 6 futbolçusunda infeksiya aşkarlanıb.

Analizi müsbət çıxan oyunçulara artıq məlumat verilib və onlar özlərini təcrid ediblər.

Qeyd edək ki, təkrar testləşdirmə avqustun 14-də keçiriləcək.