La Liqa rəhbərliyi ölkədəki 1 və 2-ci liqaların oyunlarını koronavirus səbəbindən təxirə salıb.

Open.az La Liqanın saytına istinadən xəbər verir ki, "Real"ın karantin qərarı və bəzi klublarının oyunçularının koronavirus testinin müsbət çıxması nəzərə alınaraq, 1 və 2-ci liqa matçlarının ən azı iki həftə müddətinə təxirə salınmasına qərar verilib.

Qeyd edək ki, bundan əvvəl La Liqa və Sequndada 2 həftə ərzində matçların azarkeşsiz keçiriləcəyi açıqlanmışdı.