İspaniyanın "Real Madrid" klubu "Ayaks"ın futbolçusu Donni van de Beki transfer etmək istəyir.

Open.az "De Telegraaf" nəşrinə istinadən xəbər verir ki, hollandiyalı futbolçunun qiyməti 50-60 milyon civarındadır.

Mənbədə qeyd olunur ki, "Ayaks"ın idman direktoru Mark Overmas "kral klubu"na futbolçunu 50 milyon avrodan aşağı qiymətə satmayacaqlarını bildirib.

Qeyd edək ki, 22 yaşlı yarımmüdafiəçi "Ayaks"ın yetirməsidir. Doni van de Bek cari mövsümdə Hollandiya çempionatında 34 matça iştirak edib 9 qol vurub 10 məhsuldar ötürmə edib.

Manaf Qasımbəyli