İngiltərənin "Çelsi" klubu 48 saat ərzində yeni baş məşqçisinin adını açıqlayacaq.

Open.az "talksport" nəşrinə istinadən xəbər verir ki, "zadəganlar" sabiq futbolçusu Frenk Lampardın komandanın baş məşqçisi olmasını 2 gün ərzində elan edəcək.

London klubu bunun üçün Lampardın hazırda rəhbərlik etdiyi "Derbi Kauntri"yə 4.5 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Lampard 2018-ci ilin may ayından məşqçilik fəaliyyəti ilə məşğuldur. O, "Derbi" klubu ilə İngiltərə Çempionşipdə 6-cı yeri tutub.

Manaf Qasımbəyli