"Çelsi" rəhbərliyi Qonzalo Hiquaini mövsümün son oyunu olan Avropa Liqasının final matçından sonra "Yuventus"a geri göndərməyə qərar verib.

Open.az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, tərəflər arasındakı razılığa əsasən "Çelsi" növbəti mövsüm üçün icarə müddətini uzada və ya futbolçunu birdəfəlik transfer edə bilər. Amma London klubu rəhbərliyi yanvarda komandaya transfer olan argentinalı futbolçunun xidmətində maraqlı deyil.

31 yaşlı hücumçu "Çelsi"nin heyətində bütün turnirlər daxil olmaqla 21 matçda iştirak edib və 5 qol vurub.

Qeyd edək ki, Hiquainin "Yuventus" ilə daha 2 illik müqaviləsi var.

Manaf Qasımbəyli