İspaniyanın "Barselona" klubu "Ayaks"ın futbolçusu Matyas De Liqti heyətinə cəlb etmək istəyir.

Open.az "Cataluna Radio" nəşrinə istinadən xəbər verir ki, "Barselona" rəhbərliyi futbolçunun agenti Mino Rayola ilə 12 apreldə Monakoda görüşüblər. Baş tutan görüşdə futbolçunun mümkün transfer qiyməti və müqavilənin müddəti məsələsində razılıq əldə edilib. İndi "Barselona" "Ayaks" klubu və futbolçunun agenti ilə bəzi məsələləri həll etməlidir.

Qeyd edək ki, 19 yaşlı müdafiəçi "Ayaks" futbol məktəbinin yetirməsidir.

Manaf Qasımbəyli