Qəbələdə təlim-məşq toplanışından olan klublarımız bu gün daha bir yoxlama matçı keçirib.

Open.az xəbər verir ki, "Keşlə" "Zirə" ilə üz-üzə gəlib. Oyun "Keşlə"nin qələbəsi ilə başa çatıb - 1:0. Avroliqa təmsilçimizin yeganə qolunu matçın 6-cı dəqiqəsində yeni transfer Rəhman Hacıyev vurub.

Qeyd edək ki, "Keşlə" ilk sınaq matçında "Qarabağ"a 1:3 hesabıyla uduzub. Rəşad Sadıqovon baş məşqçisi olduğu "Zirə" isə ilk görüşdə "Qəbələ" ilə qolsuz heç-heçə edib.




1 avqust

Yoxlama oyunu

"Keşlə" - "Zirə" - 1:0
Qol
: Rəhman Hacıyev, 6
Qəbələ. Şəhər stadionu