“Keşlə” futbol komandasının baş məşqçisi Tərlan Əhmədov istefaya göndərilib.

Open.az-ın məlumatına görə, bu barədə klubun Müşahidə Şurası qərar qəbul edib. Toplantıda 49 yaşlı mütəxəssislə müqavilənin uzadılmaması məqsədəuyğun sayılıb.

Baş məşqçinin səlahiyyətlərini müvəqqəti olaraq məşqçi Zaur İsmayılova tapşırılıb.

Qeyd edək ki, Tərlan Əhmədov "Keşlə"yə 30 oktyabr 2018-ci ildə baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında paytaxt təmsilçisi ilk mövsümündə Azərbaycan Premyer Liqasını sonuncu, 2019/2020 mövsümünü isə bürünc medalla başa vurub. 2020/2021 mövsümündə "Keşlə" Avropa Liqasında çıxış etməlidir.