Bu gün Azərbaycan Premyer Liqasında 6-cı tura start verilib.

Open.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub.


Doğma meydanda "Səbail"i qəbul edən "Keşlə" rəqibin müqavimətini qıra bilməyib. Hərəyə bir dəfə fərqlənən komandalar meydanı 1 xalla tərk ediblər.

Günün digər oyununda "Qarabağ" "Qəbələ" ilə münasibətlərinə aydınlıq gətirib. Oyun Ağdam təmsilçisinin üstünlüyü şəraitində keçib və son çempion rəqibini 3 cavabsız qolla məğlub edib.

Qeyd edək ki, turun qalan iki - “Neftçi” – “Sabah” və “Sumqayıt” – “Zirə” matçları sabah keçiriləcək.


17 oktyabr

Azərbaycan Premyer Liqası, 6-cı tur

"Qarabağ" - "Qəbələ" - 3:0 (İkinci hissə)
Qollar:
Donald Gerye, 44, Patrik Andrade, 89-pen, Toral Bayramov, 90+1
Hakimlər: Rəşad Əhmədov, Pərvin Talıbov, Cavanşir Yusifov, Elçin Məsiyev.
Bakı. "Azersun Arena"

"Səbail" - "Keşlə" 1:1
Qollar:
Rəhman Hacıyev, 49 (0:1), Bahadur Həziyev, 51 (1:1)
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Nahid Əliyev, Rauf Cabarov.
Bakı. "ASCO Arena"


18 oktyabr

14:00. “Neftçi” – “Sabah”

16:00. “Sumqayıt” – “Zirə”




Turnir cədvəli

NKlublarOQHMT-FX
1Zirə53117-610
2Keşlə62316-49
3Qarabağ52218-48
4Sumqayıt52217-58
5Neftçi52125-67
6Sabah52036-66
7Səbail51136-84
8Qəbələ60423-94