"Keşlə" klubu 5 futbolçusu ilə yollarını ayırıb.

Klubun Mətbuat xidmətindən Open.az-a verilən məlumata görə, paytaxt təmsilçisi yerli oyunçulardan Əfran İsmayılov, Murad Ağayev və Tural Bayramlı ilə vidalaşıb.

"Keşlə" əcnəbilərdən paraqvaylı hücumçu Lorenzo Frutos və argentinalı müdafiəçi Franko Flores ilə müqaviləni yeniləməyib.