ABŞ-ın “Los-Anceles Qelaksi” klubu sabiq futbolçusu Devid Bekhemə heykəl qoyacaq.

Open.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 44 yaşlı veteran futbolçunun abidəsi Kaliforniyada, komandanın ev oyunlarını keçirdiyi “StubHub Center” stadionunun girişində olacaq.

Qeyd edək ki, İngiltərə millisinin də sabiq futbolçusu olan D.Bekhem 2007-2012-ci illərdə Los-Anceles Qelaksi”nin heyətində 122 oyuna çıxıb və 19 qol vurub.