La Liqanın yeni səfiri seçilən İker Kasilyas "Barselona" klubunun futbolçusu Lionel Messi barədə danışıb.

Open.az xəbər verir ki, hazırda "Porto"nun şərəfini qoruyan qolkiper Messiyə qarşı oynamağının onun ən yaxşı qapıçı olmasına şərait yaratdığını bildirib: "La Liqadan danışırıqsa, Messinin rolunu vurğulamamaq olmaz. O, burada yeni tarix yazıb və rekordlara imza atıb. Etiraf etməliyəm ki, Messiyə qarşı oyunlarda iştirak etdiyim üçün şanslıyam. Ona qarşı oynamaq mənim ən yaxşı qolkiper olmağıma imkan yaradıb".

Qeyd edək ki, Lionel Messi və İker Kasilyas 26 dəfə qarşılaşıb. Argentinalı bu matçlarda ispaniyalı qolkiperi 18 dəfə məyus edib və 12 dəfə qələbə qazanıb.

Manaf Qasımbəyli