Unai Emerini istefaya göndərən “Arsenal” klubunda yeni baş məşqçi vəzifəsinə əsas namizəd müəyyənləşib.

Open.az xəbər verir ki, klub rəhbərliyi sözügedən vəzifəyə “Napoli”nin çalışdırıcısı Karlo Ançelottini gətirməyi planlaşdırır. 60 yaşlı mütəxəssisin klubu ilə müqaviləsi bu ilin yayında başa çatacaq.

Qeyd edək ki, K.Ançelotti daha əvvəl Londona köçməsi ilə bağlı yayılan xəbərləri təkzib etmişdi. (Qol.az)