İtaliyanın geyim brendi olan "Kappa" şirkəti "Barselona" klubundan və "Nike" şirkətindən təzminat tələb edib.

Open.az xəbər verir ki, bu barədə şirkətin rəsmi "Twitter" səhifəsində paylaşım edib.

Buna səbəb "Barselona" klubunun növbəti mövsüm üçün nəzərdə tutulan 4-cü formasının "Kappa"nın istehsal etdiyi forma ilə bənzər olmasıdır. "Kappa" həmin formanı reqbi klubu olan və Katoloniyanı təmsil edən "Santboiana" üçün istehsal edib. Buna görə də şirkət "Twitter" hesabından paylaşım edərək yazıb: "Sabahınız xeyir, "Barselona" və "Nike" ödənişi nə zaman edəcəksiniz?"

Qeyd edək ki, forma klub və "Nike" tərəfindən hələ təsdiq edilməyib.

Manaf Qasımbəyli