"Səbail" klubunda çıxış edən Azərbaycan millisinin sabiq qapıçısı Kamran Ağayevin atası Adilxan Ağayev vəfat edib.

Open.az xəbər verir ki, Adilxan Ağayev 72 yaşında koronavirusdan dünyasını dəyişib.

Mərhumun cənazəsi dəfn edilmək üçün Şabran şəhərinə aparılıb.

Qeyd edək ki, Adilxan Ağayev şəhər məktəblərindən birində Bədən tərbiyəsi fənnini tədris edib. O, əvvəllər Şabranın "Bərəkət" futbol komandasının baş məşqçisi olub.