İtaliya futbolunda 2020/2021 mövsümü sentyabrın 1-də start götürəcək.

Open.az-ın İtaliya Futbol Federasiyasının (FIGC) rəsmi saytına istinadən məlumatına görə, bu barədə qərar FIGC-in Federal Şurasının telekonfrans formatında iclasında verilib.

Həmin qərara əsasən, A, B və C seriyaları avqustun 20-dək yekunlaşmalı, növbəti mövsüm isə sentyabrın 1-də başlamalıdır.

Çempionatların bərpasınadək Federal Şura qeyri-münasib epidemioloji situasiya şəraitində yarışların keçirilmə formatını və dayandırılmasının mümkünlüyünü razılaşdıracaq.

Qeyd edək ki, daha əvvəl İtaliyada kütləvi tədbirlərin təşkilinə qadağa iyunun 14-dək uzadılıb.