Koronavirus pandemiyası səbəindən dayandırılan futbol üzrə İtaliya A Seriyası iyun ayının 20-də bərpa olunacaq.

Open.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin idman naziri Vinçenso Spadafora deyib.

Xatırladaq ki, çempionat mart ayının əvvəlində koronavirusun yayılması ilə bağlı dayandırılıb.

İtaliya A Seriyasının turnir cədvəlində 26 oyunda 63 xal qazanan Turinin "Yuventus" klubu liderdir. İkinci yerdə 26 oyundan sonra 63 xalla Romanın "Lasio" komandası, üçüncü yerdə isə 25 oyunda 54 xal qazanan Milanın "İnter" komandası gəlir.