Rumıniya milli komandasının baş məşqçisi Kosmin Kontra istefa verib.

Open.az xəbər verir ki, 43 yaşlı çalışdırıcı Avro-2020-nin seçmə mərhələsinin sonuncu turunda İspaniyaya məğlub olduqları matçdan (0:5) sonra bu qərarını açıqlayıb. O, uğursuz nəticələrə görə azarkeşlərdən üzr istəyib:

"Mən yığmadan gedirəm. Azarkeşlərdən üzr istəyirəm, bundan artığını edə bilmədim. Millinin baş məşqçisi olduğum üçün heç vaxt peşman olmadım. İspaniya ilə oyundan öncə gedəcəyimlə bağlı qərar vermişdim”.

Qeyd edək ki, seçmə mərhələdə F qrupunda mübarizə aparan Rumıniya 10 oyundan sonra 14 xalla qrupu 4-cü yerdə başa vurub. (Qol.az)