İspaniyanın “Elçe” klubunun futbolçuları və işçiləri əməkhaqlarının azaldılmasına etiraz olaraq tətilə başlayıblar.

Open.az xəbər verir ki, futbolçular məşqlərə çıxmaqdan imtina ediblər.

Klub rəhbərliyi koronavirus pandemiyası ilə əlaqədar yaranmış maliyyə vəziyyəti ilə bağlı futbolçuların, eləcə də digər əməkdaşların əməkhaqqını 30 faiz azaldıb.

Qeyd edək ki, mart ayından etibarən pandemiya ilə əlaqədar bütün ölkələrdə, o cümlədən İspaniyada idman yarışları dayandırılıb.