İran Futbol Federasiyası (FFIRI) "Barış Pınarı" hərəkatını dəstəkləmək məqsədilə sosial şəbəkə hesablarında türk bayrağı və əsgərinin fotosunu paylaşan iki futbolçunu futboldan uzaqlaşdırıb.

Open.az xəbər verir ki, bu barədə İran Futbol Federasiyasının saytında məlumat yayılıb.

""Traktor" Futbol Komandasının oyunçusu Mehdi Bebri və Sirvan Qurbani meydançalardan uzaqlaşdırrılıb", - deyə açıqlamada bildirilib.

Futbolçular və klub rəhbərlərinin qəti qərar üçün intizam kabinetinə sövq edildikləri qeyd edilib.

Gülnar Qafarlı